Nazlı Əhmədova yerli firmalardan tutmuş transmilli şirkətlər və beynəlxalq inkişaf agentliklərinə qədər çoxsaylı müştərilərə hüququn müxtəlif sahələri ilə bağlı məsləhət xidmətləri göstərmək üzrə 12 ildən artıq təcrübəyə malikdir.
Dayanıqlı hüquq sistemi olan ölkələrdən fərqli olaraq, Azərbaycanda hüquq məsləhətçilərinin dar ixtisaslaşmaya malik olması üstünlükdən çox, çatışmazlıq olardı. Bu mənada Nazlı geniş ixtisaslı hüquq məslətəçisinin inkişaf etməkdə olan bir iqtisadiyyatda hüquq fəaliyyəti ilə məşğul olması üçün tələb olunan unikal təcrübəyə malikdir. O, fəaliyyətində Azərbaycan hüququnun ən vacib sahələriylə bağlı iş təcrübəsindən yararlanmaqla bərabər, regional iqtisadi və hüquqi yeniliklər barədə məlumatlı olmasına əsaslanaraq layihələrin xarici-iqtisadi və beynəlxalq məqamlarını da dərindən təhlil edir.
Nazlı hüquq fəaliyyətinə tikinti, metal və pərakəndə satış biznesinə malik iri şirkətlər qrupunda hüquq məsləhətçisi kimi başlamış, sonradan yerli hüquq firmasında çalışmış və daha sonra enerji sektorundakı ən iri özəl Azərbaycan şirkətlər qrupunda davam etdirmişdir. Orada onun məşğul olduğu sahələr əsasən neft və qaz, daşımaçılıq, infrastruktur, tikinti və maliyyələşmə olmuşdur. Nazlı qrupun neft fəaliyyəti, dəniz daşımaçılığı və digər daşımaçılıq, neft terminalları və neftlə bağlı digər sahə və qurğuların genişləndirilməsi və idarə edilməsi, digər əsas vəsaitlərin idarə edilməsi, tikinti, daşınmaz əmlak və kreditlərin alınması ilə bağlı bütün iri layihələrinə, həmçinin qrupun səhmlərinin açıq satışa çıxarılması (IPO) öncəsi aparılan yenidən təşkili və korporativ idarəetmə təcrübəsinin inkişaf etdirilməsinə hüquqi dəstək vermişdir.
Nazlı, biznes hüququ sahəsində dünyaca aparıcı hüquq firmaları və hüquqşünaslarının illik kataloqu olan Chambers Global dərgisinin 2011-ci il nəşri tərəfindən tanınmış və oraya daxil edilmişdir. Həmin dərgiyə əsasən, "ona neft və qaz sektorunda çox müsbət münasibət var".
Nazlı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür, fərdi qaydada fəaliyyət göstərmək üçün icazəyə malikdir. Nazlı Dünya Bankının "Doing Business in 2004" nəşrinin məsləhətçisi olmuşdur. Apeks Advayzersin hüquq etikasının tərkib hissəsi olaraq, ehtiyacı olanlara pulsuz hüquqi xidmətlər də göstərilir.
Nazlı ABŞ-nın Minnesota Universitetinin Hüquq Məktəbini LL.M. (Edmund S. Muskie proqramının məzunudur), Bakı Dövlət Universitenin Hüquq fakultəsini isə fərqlənmə ilə Hüquq bakalavrı və Hüquq magistri dərəcələri ilə bitirmişdir.
Nazlı Azərbaycan, rus və ingilis dillərində sərbəst, Türk dilində yaxşı danışır, italyan dilini az başa düşür.
|