Hüquqi dəstək verdiyimiz layihələrdən bəziləri bunlardır:
Yerli şirkət - hasilatda pay və üçüncü tərəf xam neftinin əsas ixrac boru kəməri və dəmir yolu ilə nəqli; xarici ölkələrdə hasil edilmiş xam neftin və neft məhsullarının tranzit daşınması;
Xarici daşımaçılıq şirkəti - regional neft nəqli layihəsi;
İri beynəlxalq neft şirkəti - enerji və nəqliyyat hüququ ilə bağlı məsləhət;
Xarici şirkət - zavodun tikintisi ilə bağlı danışıqlar;
Tikinti şirkəti - iri neft sektoruna xidmət sahəsinin tikintisi layihəsi;
Xarici lizinq şirkəti - daşınar əmlakın Azərbaycanda lizinqi;
Daşınmaz əmlak şirkəti - otel biznesinin aqı-satqısı və sonradan idarə edilməsi;
Azərbaycanlı müəllif - müəllif hüququnun pozulmasına dair beynəlxalq elementli işdə uğurla təmsil edilmişdir (http://eldarmansurov.az/index.php?options=news&id=21&news_id=143);
Daşınmaz əmlak şirkətləri - torpaq icarəsi, yaşayış və qeyri-yaşayış sahələrinin tikintisi layihələri;
Xarici şirkət - Azərbaycanda xidmət sahəsində çalışan şirkətin alınması ilə bağlı layihə üzrə sənədlərin tam hüquqi ekspertizası və digər hüquqi xidmətlər;
Beynəlxalq inkişaf təşkilatı - iri nəqliyyat layihəsi üzrə hüquqi məsləhət xidmətləri; Azərbaycanda müəyyən kateqoriyadan olan şirkətlərin hüquqi rejiminin dəyərləndirilməsi;
Xarici inkişaf agentliyi - dövlət iştiraklı müəssisələrə dair hüquqi məsləhət (http://pdf.usaid.gov/pdf_docs/PDACQ070.pdf); dövlət agentliyinin investorlara meylli idarəetməçilik strukturunun qurulması ilə bağlı layihə.
|