Biz aşağıdakılar da daxil Azərbaycan hüququnun (gərək olduqda, beynəlxalq hüququn) ən vacib sahələri üzrə hüquqi xidmətlər göstəririk:
Xarici investisiyalara verilən imtiyazlar da daxil investisiyaların hüquqi rejimi;
Səhmləri açıq satışda olan şirkətlər də daxil hüquqi şəxslərin təşkili, birləşmə, qoşulma və digər formalarda yenidən təşkili, korporativ idarəetmə təcrübəsi, ləğvi ilə bağlı tam hüquqi dəstək (o cümlədən təsis müqavilələrinin, nizamnamələrin və digər təsis sənədlərinin, məxfilik və məlumatın açıqlaması haqqında müqavilələrin, müxtəlif sənədlərin layihələrinin hazırlanması və hüquqi ekspertizası);
Bir neçə olkə ilə əlaqəli olan (transmilli) qrupların strukturunun optimallaşdırılmasına dair hüquq və vergi məsləhəti (gərək olduqda, digər ölkələrdəki hüquq və vergi məsləhətçiləri ilə birlikdə);
Dəniz daşımaları (gəmilərin bayrağı; liman qaydaları; yüklərin gəmi, RO-RO tipli vaqonlarda və ya konteynerlərdə daşınması), beynəlxalq və tranzit dəmiryolu (dəmiryolu daşımaçılığı üzrə regional sazişlər daxil) və boru kəməri ilə daşımalara, həmçinin neftin və quru yüklərin bazara çıxarılması ilə bağlı logistika fəaliyyətinə (terminallarda aşırma və saxlama; anbarlarda saxlanc; gömrük işləri; yüklərin sənədləşməsi; risklərin ötürülməsi və s.) tam hüquqi dəstək;
Beynəlxalq ticarət müqavilələri (INCOTERMS şərtləri, akkreditivlər və s.);
Torpaq və digər daşınmaz əmlakla bağlı əqdlərə tam hüquqi dəstək, o cümlədən alqı-satqı və icarə müqavilələri, girov və digər yüklülüklərə dair sənədlərin hazırlanması;
Tikinti norma, standart və qaydaları; lisenziyalaşdırılma; tikinti öncəsi, tikinti dövründə və tikintidən sonrakı razılaşdırma, icazə və qeydiyyatlar; layihə üzrə əsas sənədlərin, o cümlədən layihə sənədlərinin, subpodrat, təchizat müqavilələrinin və s. hazırlanması və ya onlara dair hüquqi arayışların verilməsi daxil olmaqla, tikinti fəaliyyətinə tam hüquqi dəstək;
Vergitutma ilə bağlı məsələlər, o cümlədən vergitutmanın optimallaşdırılması, müqavilələrin vergilərə dair maddələrinin ekspertizası, əqdlərin səmərəli vergitutma baxımından planlaşdırılması və s.;
Gömrük rəsmiləşdirilməsi və gömrük tarifləri üzrə məsləhət;
Neftlə əlaqəli fəaliyyətə dair hasilatın pay bölgüsünə dair müqavilələr üzrə hüquqi məsləhətin verilməsi;
Müəllif hüququ (müəllif hüququnun pozulması ilə bağlı işlərdə müştərilərin təmsil edilməsi daxil), əmtəə nişanı, patent, dərmanların ("dosye"nin işlənməsi) sertifikatlaşdırılmasına dair hüquqi yardım;
Kredit müqavilələri, kreditin təminatı müqavilələri, bank zəmanətləri, lizinq müqavilələri daxil bank işi, mikromaliyyələşdirmə və lizinq fəaliyyətinə dair müxtəlif sənədlərin hazırlanması və ekspertizası;
Hüquqi şəxslərin məhkəmələrdə və arbitrajda təmsil edilməsi (o cümlədən Azərbaycan Respubliasında nümayəndəliyi olmayan xarici hüquq firmalarının müraciətinə əsasən);
Alqı-satqı, ticarət nümayəndəliyi (agent) haqqında və digər müqavilələrin, anlaşma memorandumlarının, niyyət protokollarının və mülki-hüquqi əqdlərə aid oxşar sənədlərin layihələrinin hazırlanması, ekspertizası və yenidən işlənməsi;
Tənzimlənən qiymətlər və antiinhisar qanunvericiliyinə dair hüquqi məsləhət;
Əmək müqavilələri və əmək mübahisələri (o cümlədən kompensasiya və vurulmuş zərərlə bağlı) daxil əmək hüququ;
Dövlət iştiraklı müəssisələrin özəlləşdirilməsi ilə bağlı hüquqi məsləhət;
Beynəlxalq inkişaf təşkilatlarının maliyyələşdirdiyi institusional (idarəetmənin strukturunun quruluşuna dair) layihələrə hüquqi dəstək.
|
|
- Şirkətlərin yenidən qurulması
|