Səhifəmizə xoş gəlmisiniz!
APEKS ADVAYZERS tək məsləhətçidən ibarət beynəlxalq yönlü Azərbaycan hüquq firmasıdır. Biz Chambers and Partners tərəfindən onların Chambers Global 2011 siyahısına daxil edilmişik. Biz Azərbaycanda yerləşən və ya ölkə ilə əlaqəsi olan müxtəlif şirkət və təşkilatlara yerli və beynəlxalq hüququn onların iş həyatlarıyla əlaqəli ən vacib sahələrinə dair keyfiyyətli hüquq xidmətləri göstəririk.
Biz çevik və səmərəli düşünür, eləcə də hərəkət edirik. Müştərilərimiz iri beynəlxalq hüquq fimalarının təklif etdiyi üstün və keyfiyyətli xidmətlər tələb etməklə bərabər, eyni zamanda kiçik (“butik”) firmaya xas olan üstünlüklərdən də yararlanırlar. Buraya müştərinin fəaliyyət sahəsindən və ölçüsündən asılı olmayaraq xidmətlərin yüksək səviyyədə olması, fərdi yanaşma, süründürməçiliyin olmaması, minimum kargüzarlıq və vaxtı-vaxtında məlumatlandırma daxildir.
Bu sahədə topladığımız təcrübəyə və digər ölkələrdə yerləşən hüquqşünaslarla əlaqələrimizə əsaslanaraq, biz bir neçə ölkənin qanunvericiliyi ilə əhatə olunan beynəlxalq əqdlər üzrə məsləhətlərimizi təklif edirik.
Verdiyimiz məsləhət praqmatik olmaqla yanaşı, müvafiq sahədəki dərin biliklərə əsaslanır. Bu günədək müxtəlif sahələrdə, o cümlədən neft və qaz, daşımaçılıq, daşınmaz əmlak, tikinti, bank işi, maliyyə, material ehtiyatlar, beynəlxalq inkişaf sahəsində fəaliyyət göstərən beynəlxalq və yerli şirkətlər xidmətlərimizdən uğurla yararlanmışlar.
Biz müştərilərimizə bir neçə rəqabətədavamlı xidmət haqqı növlərindən fəaliyyətlərinə uyğun olanını seçmək imkanı veririk. Bizim hesablarımız tamamilə şəffaf olaraq, müştərilərimizə çəkmiş olduqları hüquqi xərclərə nəzarət etmək imkanı verir.
Hüquqla bağlı hər hansı məsələniz varsa, onu bizim öhdəliyimizə buraxıb, diqqətinizi biznesinizdə çəmləşdirin.
|
|
- Süründürməçiliyin olmaması
|